Ç

Şəhidlər 🇦🇿🇦🇿🇦🇿🤲🤲🤲

Vətən Sevgisiylə döyünən ürək,
Hər zaman ən uca zirvədə durub,
Hamsını bir_bir söyləyim gərək,
İgidlər igidi Həşimov olub,
Adı dillərdə dastan İgidim,
Mübarizim, Cəbrayılım, Fəridim,
Sizinlə öyünür Vətən hər zaman,
Orxan, Əlövsət Cəsur Nadirim,
Düşməni məhv edən İgi Varımız,
Xudayar, Sabir, Şəhriyarmız,
Rəhmətlə anırıq sizi hər zaman,
Bizim ən dəyərli ürək dağımız,
Çoxdur Şəhidin ey ana Vətən,
Bilirəm ürəyin çox yaralıdır,
Uca tut başını bax ana Vətən,
Səndə ki, İgidlər de harda vardır?.
ALLAH BÜTÜN MÜSƏLMAN VƏ TÜRKÜSTAN ŞƏHİDLƏRİNƏ RƏHMƏT ETSİN 🤲🤲🤲🤲🇦🇿❤️🇹🇷🤲🤲🤲🤲🤲
©Çingiz