M

Şəhidlərin qanıyla

8 noyabr bu gün gəldi zəfər bülbülü
Şəhidlərin qanıyla yazıldı tarix günü
Azərbaycan bayrağı qalxır yuxarılara
Bunun üçün çalışan şəhidlərin qanıyla
Əksilmişdi canımız vətənimiz yarımız
Ancaq indi tamamdı şəhidlərin qanıyla
Zəfər günü yazıldı unutma bax bu günü
Bu vaxt yazılıb zəfər şəhidlərin qanıyla
Borcumuz var bilinir biz ödəyək onlara
Gəlin bir məktub yazaq şəhidlərin qanıyla
Ancaq bir həqiqətdi ödənilməyən borc
Çünki heçnə bir deyil şəhidlərin qanıyla
Minnətdarıq sizlərə bunu bilin əzizlər
Yazılıbdır bu tarix şəhidlərin qanıyla
Söz verərək sizə sahib çıxaq bu günə
Bu gün bizə verilib şəhidlərin qanıyla
©mary2206