M

🍁#SƏHV🍁

İncidə bilmədim sənin qəlbini
Çarəni tərk edib getməkdə gördüm
Təkcə reallıq yox sevgimi hətta,
Yuxumda günbəgün bitməkdə gördüm
Bu gediş ömrümə bir qara gün tək
Yazıldı pozulmaz hərflər ilə
Səndən ayrılmışam indi qalmışam,
Yalanla yoğrulan təriflər ilə
Nə ola səssizlik çökəydi yerə
Alaydı qəlbimin hərarətini..
Kaş ki, qovuşaydım yenidən sənə
Çəkəydim nazını, hər adətini..
Dalğalar çırpılan sahillər kimi
Dözüb bu əzaba yaşayıram mən
Üzümdə əzilmiş, solğun təbəssüm
İçimdə qəmli qəlb daşıyıram mən
Yenidən başlamaq bilirəm gecdi
Xoşbəxtlik fürsətin itirdim daha
Rabil, həyat budu, bir səhv eylədin
Əvəzin qaytarır adama baha...
🍂QəmliAşiq🍂
©qemliasiq