Şeirlər yazıram içimdən gələn,
Ürəkdən gəlməsə qələm danışmaz,
İki sevən kəsi ayırsa dünya,
Belə ayrılıqla ruhum barışmaz.
Bu dünya təlaşı aldadır bizi,
Sevən sevdiyinə acı danışmaz,
Əlini tutaraq həyat yolunda,
Özgə insanlara gedib qarışmaz
©rufet
R