Baxışların ürəyinin aynası,
Təmiz qəlbin xoş niyyətlər dəryası,
Sevdim səni,ay bəxtəvər balası,
İndən belə can deyək,can eşidək,
Bu sevdanın yollarına cüt düşək.
Sən naz elə,qoy nazını çəkim mən,
Eşq bağına saf məhəbbət əkim mən,
Sevgin ilə büllur saray tikim mən,
O sarayda əhdi-peyman eyləyək,
Çəkinmədən biz xoşbəxtik,söyləyək.
Hər arzumuz çıçək açsın,gül açsın,
Həndəvərdə xeyirxahlıq dolaşsın,
Qəlbimizə Tanrı özü nur saçsın,
Xoş günləri sənli- mənli tən bölək,
Həyat boyu bir sevinək,bir gülək.
Səndən özgə dünya mənə nə lazım,
Sən sevincim,sən baharım,sən yazım,
Zaman gəlsin bu eşqə, dastan yazım,
O məqama in şəAllah yetişək,
Ömür boyu can deyək,can eşidək.
Müəllif: A. Gənc Şair😊✍😊🖋
©sevgisairi
S