Elə ki səmada görsənir bir ay,
Üzümü tuturam göylərə sarı,
Bilirəm ömrümü keçirirəm zay,
Fikrim dağılsın göylərdə barı.
Sıxılmış ürəyim incidir məni,
Baxmayır sözümə neyləyim axı.
Fikir də salıbdır saçıma dəni,
Ağarır saçlarım neyləyim axı.
Bəlkə də belədir dünyanın işi,
Çətinə düşürsən qalırsan orda.
Neyləsin ürəkdə qəfəsdə şişi,
Oxlayır sinəmə qalıram darda.
©sh.tural
T