Q

Sən...

Gecənin qaranlıq ***ıltılarında
Dinlə
Sənsizliyimin mənə inad edici qəhqəhələrini...
Dilək tutmağa çata bilmədiyim
Sayrışan ulduzlartək
Söndürdün həyat eşqimi...
Halbuki kiçicik bir təbəssümünlə
Ən böyük gülüşləri bəxş etmək varkən,
Sən bitməyən inadınla
yaşaya-yaşaya öldürməyi üstün tutdun...
Varlığının kölgəsi arxasınca süründüyüm yetməzmi?
Sən-yuxularımı ərşə çəkdirən adam,
Mənsə uğrunda saçlarımı ağartdığım qadın...
Kirpiklərim gözlərimin ölümünü qucaqlayanadək,
Sanma ki,unudulacaqdır,
Yaddaşımın qırmızı kitabına düşmüş adın...
Qəmər Məmmədli