Ağrıyan cismimə ağrımır deyib,
Özümü beləcə çox aldatmışam
Sevgiyə bir ömür möhtac eyləyib
Qəlbimə deyərək yox aldatmışam
Mənəvi cəhətdən ac ola-ola
Gözümə hər dəfə yaş dola-dola
Ağrı, kədər ilə girib qol-qola
Ruhuma demişəm tox aldatmışam
Üzəndə əlimi cah-cəlalından
Əzab çəksəm belə hey məlalından
Sevincək görsənib bax, aldatmışam
Sevgini qəlbimdən mən silə-silə
Bu ağrı kədərlə mən gülə-gülə
Deyəndə üzüyü 'tax', aldatmışam..
Özümü bu qədər çağ aldatmışam..
Çəkərək qəlbimə dağ aldatmışam..
🍂QəmliAşiq🍂
©qemliaşiq
M