Sənə ehtiyacım var
Susamış bir dodaq kimi
Qurumuş bir ağacda
Qabıq verən budaq kimi
Tənha qalmış bir daxmada
Külü sönmüş ocaq kimi
Yəni yetim bir uşağa
İsti böyük qucaq kimi
Sənə ehtiyacım var
Günəşə möhtac ay kimi
Bu yarım qalmış ürəyə
Bütün olan bir tay kimi
Şaxtadan donan əlimə
İsti olan bir yay kimi
Cənnətindən qopub düşən
Rəbbim verən bir pay kimi
Sənə ehtiyacım var
Gecə yarı yuxu kimi
Gündüz isə yalnız qalan
İçimdəki qorxu kimi
Əllərinə toxunduqca
Gözlərində qocaldıqca
Qəlbindən sevgi aldığca
Ruhumda adın yazdığca
Sənə ehtiyacım var
Kədər qəddini əyincə
Gözün gözümə baxibda
Əlin əlimə dəyincə
Bu çiçəklər dünyası
Qiyamətə üz dönüncə
Yani qoxuna aşiq bu şair
Əbədi olaraq ölüncə
Sənə ehtiyacı var
©t.celil
T