Saat , gәlәcәyә bir addım
Boylu buludların iniltisi ilә dağılır düşüncәlәrimin damazlığı
Sabah ,
Aksiya keçirәcәk bu xiyaban haqsızlığa qarşı
Saat gәlәcәyә bir addım
öksüz uşaqlarının cındırın sәrir telfon simlәrinә
Sevdiyim qadın...
Ah , xәzәr gözlüm
Sәn hәminsən mi?
Roma paltarında yapdırdı amerika heykәlini!
Dün ,
Urmu çölündә basdıranda dәnizini
Köçәri bir durnanın gözlәrindә getdi ürәyinin pösgürtüsü
Bugün , sabah
Nәm hansı qitәnin mәhkәmәsindә
Dәniz yanğını üçün suçlandırıb bölәcәklәr gövdәni...
Saat , gәlәcәyә bir addım
Boylu buludların iniltisindә gizlәnir hiç_qırığım
Öksüz uşaqlarının cındırın sәrir telfon simlәrinә sevdiyim qadın
Bir azdan günәş doğulacaq xiyabandan
©qasımpenai
Q