I

Sən idin

Bir yol gedirdim,yolun sonundakı zəif işıq sən idin
Divarları uçulmuş ev kimi ürəyimə yaraşıq sən idin
Bəlkə bundan sonra bütün taleyim kimsəsiz olacaq
Ürəyim kimi,mənim ölümüm də səssiz olacaq
Bilmirəm ömrümün hansı fəslidi,qışıdı ya yazıdı
Bu sevgi mənim ürəyimi dərin məzartək qazıdı
Mən səndən günəş gözlərkən,sən məni qarşıladın boranla,yağışla
Əgər xətrinə dəydimsə,səni sevdiyim üçün məni bağışla
Mən sənə sonuncu ümid kimi baxırdım,sən məni dostun kimi gördün,
Mən səni sevdim,sən məni dostluq binasına hördün
İndi arxana baxmadan gedirsən
Məni kimsəsizliyimlə buraxıb tərk edirsən
Bir gün nə vaxtsa ehtiyacın olsa bil ki, mən sənə canımı verməyə hazıram
Bir gün şeirimə rast gəlsən bil ki,sənin sevgini yazıram😔
©ilkinbimar