T

SƏN MƏNSİZ MƏN SƏNSİZ

Sevmədiyin yad bir insan ilə
böyüklərin sözülə qurdun ailə
çox zaman keçsə də ildən-ilə
biz çox əziyyət çekirik,
sən mənsiz mən sənsiz.
Bir çox xəbərlər eşitdim adınan
var xəbərim naleyi-fəryadınan
mənim fəryadımı çıxarma yadınan
dərdi də xəlvət çekirik,
sən mənsiz mən sənsiz.
Məcburən məndə ailə qurmuşam
bey kürsüsünə sevmədən oturmuşam
sona qədər kədərli-qəmli durmuşam
nedi yazı-qismət çekirik,
sən mənsiz mən sənsiz.
TƏNHA AŞİQ'də yox səbr, hövsələdə
nə olar ƏZRAİL bu an gələdə
ikimiz də unutmayıb eşqi hələ də
sevərək həsrət çekirik,
sən mənsiz mən sənsiz.
TƏNHA AŞİQ
©tenhaasiq