A

Sənə möhtacam

Vüsalın çox uzaq diyara düşüb,
Qayıt əllərinlə sarı könlümü,
Həsrətdən qəlbimə bax, yara düşüb,
Hicranın mənimlə ülfət qurarkən,
Vüsalın çox uzaq diyara düşüb.
Fələk mənim üçün tələ toxuyar,
Sənsiz könül quşum çətin oxuyar,
Demişdim çiçəyim ətir qoxuyar,
Bəs niyə baharda o dara düşüb?
Bağlanan əhdimiz erkən pozuldu,
Ürəyim sevgimin məzarı oldu,
Bilmədim səfərin belə uzundur,
Xəyalım yollarda avara düşüb...
©amine571