Müəllif Ömür yazar.
Sən o deyilsən,
Mən o deyiləm.
Nə sağım bəllidir, nədə ki, solum,
Nə yerişim düzdür, nədə ki yolum,
Hər yandan itilib, qırılıb qolum,
Mən həminki mənəm, sən o, deyilsən.
Hərədən bir zərbə, hərədən sillə,
Çıxmaz yaddaşımdan nə ayla, illə,
Yalanına əvəz dəyəydi güllə
Mən həminki mənəm, sən o, deyilsən.
İstirab çəkirəm, sən isə tütün,
Yarımıcan mənəmsə, iflicsən bütün,
Sən açıq səmada, mənə hər yer tün
Mən həminki mənəm, sən o deyilsən.
Sanırsan xoşbəxtlik sənlə tənbə-tən?...
Yanılmısan buna, əmin ol ki, sən.
Artıq o həmin ki, olmayacam mən,
Sən elə həmin sən, mən o deyiləm.
Məcnun tək səhraya düşsən də belə,
Fərhat'tək dağları dəlsən də belə
Yıxılıb dərdimdən ölsən də belə
Sən elə həmin sən, mən o deyiləm.
Dünyalar başına yıxılacaqdır,
Şimşək də qəzəbdən çaxılacaqdır.
Gözlərin hər zaman ağlayacaqdır.
Gözlər həminkidir, mən o, deyiləm.
Hərəmiz bir yurdda məskən salmışıq,
Aldadıb, ayrılıb tənha qalmışıq,
Bəlkə də səhvlərdən dərsdə almışıq...
Nə sən həmin sən-sən, nə mən həmin mən,
Nə sən o deyilsən, nə mən deyiləm!...
©ömüryazar
Ö