R

Sənə sözüm

Zəhər yaxdın bəxtimə sən,
Qəzəblə baxdın gülüşümə sən.
Əbəs yerə
Qarışdın həyatıma sən,
Ölümdən qorxmuram
Sən kimsən ?!
Anlamırsan,
Varlığınla mənə yetmirsən.
Özünü kim hesab edirsən?
De , axı sən kimsən?!
Sən çıxmısan yoluma,
Məncə sən azmısan
Bəllidir məni heç tanımamısan.
Özünü hələ
Dəyərlim sanmısan.
Yanılırsan,
Əhsən sənə
Daim aldanırsan.
Sən axı ,
Həyatdan nə qanırsan?
Özünü hələ
Dəyərlimdə sanırsan.
Sənə son sözüm,
Yanılırsan
Çox yanılırsan.
01.10.2014 R.Hova
©revane2412