E

Sənə verdiyim sevgi borcunu ödəyə bilməyəcəksən

Verdiyin əzablar bəxş etdiyim sevgidən ucuz.
Eşqsiz baxışların qəlbimdə bir yara sızlamış.
Leylanı Məcnundan uzaqlara salmış həyat.
Bizləri hansı sınaqlardan keçirməz ki?.
Ürək söz vermişdi xoşbəxt olacağıma.
Amma uzaq keçmişim bundan xəbərsiz idi.
Kiçik qəlbim böyük dünyalara açılmışdı.
Ümid açarkən sabahlara qaranlıq etdin.
Zülmətə boyanmış eşq dünyam qaraldı.
Hicran yarası böyütdü tək qəlbim yenidən.
Aydınlaşan mavi səmaları aldı qara buludlar.
Yağan yağışlar saralmış içimə doldu yenə.
Sevgi doğan çiçəyim vaxtsız soldu getdi.
Bir vaxtlar cənnət mələyim sən ikən.
İndi cəhənnəm yaşadan acı qəmimsən.
Kədər dözmür bu ayrılığa mən necə dözüm?.
Sənsizkən sahil kənarında necə bağışlayım?.
Ayrı düşməyəcəyim ətrini dənizdənmi alım?.
Gül qoxulum ayrılıq səbəbim bil yenə sənsən.
Vaxtsız gedən zamanımsan geri dönməyən.
Dənizlərdə əsən küləklər qədər səssiz gedişin.
Bildim ki bu ayrılıq sonrası yoxdur gəlişin yolu
©elçinyusuf