Sən yanimda deyildin nəfəsim boğulanda
Ölən cismim dunyaya yenidən doğulanda .
Sevgi dolu o mələk baş ucumda dayandı,
Hər tərəf o mələyin işığına boyandı.
Aldı qanadlarının arasına apardı,
Uçurdu səmalara,yer uzundən qopardı
Cənnətin qapısından bir addim önə girdim
hər tərəfdə nur seli, işıq yağışı gördüm .
"Burdan o yana getmə,vaxtın catmayıb"-dedi
"Dunyadakı missiyan hələ bitməyib"- dedi
Bir işıq sürətilə yer üzünə qayıtdım
O ağrıdan qıvrılan bədənimi ayıltdım
Sən yox idin yanımda,yerindəydi ürəyim,
Bir də başımin üstə qoruyucu mələyim .
Sən yox idin yenə də....
Tamara Nadirova Tənha Bulud
©tenhabulud
T