Deyirsən ki, hər məqamda hər anda
Sən varsan özümü mən görmürəm ki ,
Məhkum olub bu sevdanın odunda
Alışıb yanıram bax sönmürəm ki .
Çağlayır qəlbimdə eşqin bir ümman ,
Nəyimə yetməz ki halımı sorman,
Mən ovçu ormanda sən ahu ceyran ,
Gözünün sehrindən tərpənmirəm ki .
Gedə bilməyirəm səndən aralı ,
Gəzib dolanıram qəlbi yaralı ,
Gəl özün çat kama yetir vüsalı ,
Səndən bir başqa şey istəmirəm ki,
Gözləməkdən bitib Seymurun tabı,
Bağlanıbdır sənsiz sevgi kitabı,
Fərqlidir hər kəsin qəlbinin qabı,
Dolmuşam, susmuşam, dillənmirəm ki.!
MÜƏLLİF :SEYMUR SÖNMƏZ PAŞAYEV
©sönmez_s.p
S