Niyə belə olur, başa düşmürəm,
Aylarda, illərdə keçir səbəbsiz.
Birdə baxırsanki, artıq çox gecdir,
Ömür yarı olub səndən xəbərsiz.
Bu dünya belədir yaşa sən onu,
Nə əvvəli bəlli, nə də ki sonu,
Nə qədər mənalı yaşasan onu,
Ömür sona çatır səndən xəbərsiz.
Nə qədər qəddardır, nə qədər acı,
Bir anda endirər başdakı tacı,
Hələ sona çatmamış sənin amacın,
Ömür sona çatır səndən xəbərsiz.
©_agzamanli
_