Hər axşam çəkilib tənha otağa,
Səni düşünürəm səni anıram.
Keçmiş günlərimin həsrətin çəkib,
Sənli günlərimə boylanıram mən.
Necə qəşəng idi sən olan illər,
Sözün gözəl idi söhbətin şirin.
Dəli tək axtarib yaman gəzirəm,
Sənli günlərimə boylanıram mən
Nə yaman küsmüsən qəti dinmirsən,
Bilmirsən halımı hey savaşırsan.
Arada salam yaz bir məni yoxla,
Sənli günlərimə boylanıram mən.
SARVAN ƏLİYEV ✍️ APSƏ
©arvan
Y