Sənsizliyimi bir mən bilərəm
Bir də ki, səssiz bir gecə bilər
Onsuz hər gün mən necə oluram
Söylə, ay gecə o necə bilər?!
Qəlbin səsini səssiz gecələr
Tənhalığımı küçələr bilər..
Səssiz gecələrə sözsüz, baxıram
Sənsizliyə bəs, səssiz baxıram?!
Fikrim bu ara yamanca qarışıb
Dost görünən düşmənimlə barışıb
Nə deyim həyatın vəfasızlığına?!
Tuş gəlib bilirəm ona lap çoxusu
Səssizliklə başa çıxa bilərəm
Sənsizliksə axrıma çıxar
Səssiz gecələri başa düşə bilərəm
Sənsizliyi bəs necə yıxa bilərəm?!
Yaşamaq əzəldən ağırdı bilirəm
Sənsizlik, amma ikiqat ağırdı
Bu ara, yarım, qanım da qaralır
Nəfəsim çatmır havam da daralır
Qara dəlik udurmu ya hava qaralır?!
Dalağalı bir gecə səssiz yan alır..?!
Sənsizliyimə səssiz gecələr,
Bax yenə səssiz-səssiz yan alır..
Qəlbin səsini səssiz gecələr,
Tənhalığımı küçələr bilər..
🍃MERAC🍃
©merac
M