Sənə çox acıqlı,qəzəbliyəm mən!
Yerlə yeksan etdin ülvü sevgimi.
Öncə dünyam dedin,mənimsən dedin
Sonunda dəryada boğdun Sevgimi.
Mən isə bəd dua etmirəm sənə
Yaşanan günlərə,Sevgiyə xatir
Bəlkə vicdanın sızlayar deyə,
Səni sənə verib çıxıb gedirəm
Nifrəti bir ovuc torpağa büküb
Nakam sevgimizə küsüb gedirəm
Allaha həvalə edərək səni
Səninlə sənsiz bir ömürə gedirəm
©üfüq
Ü