Mən sənin qəlbini oxuya bilmədim
Özümü sevgi bağlarıyla qəlbinə toxuya bilmədim
Oyağam ya getmişəm yuxuya bilmədim
Dərdimə çarə sənsən ancaq
Səni şeirlərimdə yaratdım
Ürək acısının ən son məqamına çatdım
Özüm öz əlimlə qəlbimə zəhər qatdım
Canımdan ayrı parə sənsən ancaq
Sənin də qəlbin var bilirəm
Düşünmə ki, mən səni ürəyimdən silirəm
Sən sevməsəndə olar mən səni sevirəm
Ürəyimdəki yarə sənsən ancaq
Əgər ağladacaqsansa,güldürmə məni
Bir şamtək yandırdınsa, indi söndürmə məni
Yaşadacaqsansa,öldürmə məni
Sevdiyim gözüqarə sənsən ancaq
©ilkinbimar
I