_

Son görüş..

Həmin gün ağlıma gəlməzdi belə
Bu bizim son görüşümüz olacaq
Tərk edəcək gülüş gözlərimizi
Yeridə buz kimi yaşla dolacaq
Qalacaq qəlbimdə bir ömür boyu
Bütün səninlə bağlı xatirələr
Daha yorulub göz var ki bir arzum
Güldüyüm günləri kaş gətirələr
Mən o gülüşlərlə tab gətirmişəm
Həyatın qısqanıb nə aldığında
İndi yollarına ağlar baxacam
İntizar gözümə köz saldığında
Bağrım alovlanıb tapmayanda su
Olur soyuq nəfəsinin möhtacı
O isti nəfəsdi bu günə qalıb
Köksümdə isinən sovudan acı
Pərişan edibdi olanlar məni
Yazıram-yazıram təsəlli deyil
Sənsizlik acımaz zalım önündə
Sanki təzim edib bir ömür əyil
Axı o gün nə səhv etdim ki gülüm
Əlvida deməyə tək çatdı gücün
Sadəcə hönkür-hönkür ağlayırdıq
Sən sevgimizçün məndə bizimçün
©_huseyn_