C

Sonradan...

Bilmem nə dedi əğyar o canana sonradan,
Canan ikən oldu mənə biganə sonradan.
Yoxsa məni tərk etməz idi nazlı nigarım,
Uydurdu adımdan rəqib əfsanə sonradan.
Mən yandım əzəl şamu səhər atəşi eşqə,
Vurdu özünü odlara pərvanə sonradan.
©cavid1910