Sənsiz yaşamaq çox çətindir mənə
Getmisən səndən yoxdur bir soraq.
Ruhumdan çıxaraq baxıram sənə
Bir nəfəs yaxınsan,bir dünya uzaq.
Çox ağlamışam sən gedəndən bəri
Hər gün oxumuşam hardadır yarım
Dönsən inadından gəlsəydin geri
Mənim də bitərdi bu intizarım.
Niyə fəryad qoparır lal gecələr də
O gecələrdə qurmuşdum ilk sevgimizi
Artıq yad edərəm xatirələrdə
Ömrümü qaraldan küs eşqimizi.
Elə darıxmışam səndən ötrü mən
Hər yanda rast gəldim sənin adına.
Tənha oturub düşünürəm hərdən
O sarı saçların düşür yadıma.
©sübüsdeniz
S