M

🥀Söylə gəlməyinin nə mənası var?!🥀

Gözlər həsrət çəkir baxıb yollara
Baxır bom boş qalan sənsiz qollara
Ağrı, kədər dolub artıq sollara
Söylə gəlməyinin nə mənası var?!
🍂...🍃...🍂
Sanırdım andını pozmayacaqsan
Mənə ayrılığı yazamayacaqsan
Bir halda qəbrimi qazmayacaqsan
Söylə gəlməyinin nə mənası var?!
🍂...🍃...🍂
Qəlbim közərsə də, qəlbim yansa da
Sənsiz yaşamağı o hey dansa da
Hər payız gələndə səni ansa da
Söylə gəlməyinin nə mənası var?!
🍂QəmliAşiq🍂
©qemliaşiq