Soyuq sevgidən necədə,
isdi-isdi yazır qələm.
həsrətiylə düşündürür,
qəm-kədəri qazır qələm.
razı oldum mən buna çün,
şeirlərdə nəfəs vardır.
mən yazanda canlanır o,
otağımda o kəs vardır.
yarı görmək vüsal kimi,
biləsənki xoş bir haldır.
gizli qalmasın duyğular,
danış şeir dilim laldır.
danış ona bu sevgidən,
həsr olunan əsərlərdən.
qoy anlasın dəyərini,
bu sevginin qədərini.
Müəllif: Gulbala Agayev
©gulbala96
G