M

🍃Söz🍃

Hər kimdə pak eşqin nişanı vardır,
insan elə onlardır..
Qəlbində kimin eşqi əgər vardır,
nadan elə onlardır..
Kor-peşman olub sonda dönəcəklər,
dünyaya uyan kəslər..
Əvvəl qızışıb sonda sönəcəklər,
vicdanı duyan kəslər..
Yüz pislik edirdi hələ bilmirdi,
öz ruhunu öldürdü..
Söz yarəsini heç belə bilmirdi,
söz ruhunu öldürdü..

Söylə nədi sözlər kimi təsirli?!
olsun belə təsirli..
Vursan da, silahla kimi təsirli,
olmaz helə təsirli..
Söz qüvvəsini dərk eləyən azdır,
gör bir necə ə'ladır..
Pak ömr eləyib tarixə ad yazdır,
üstündü, müəlladır..
🍃MERAC🍃
©merac