T

SÖZ ACİZDİ ÖNÜNDƏ..✍

Qəlbim tek səninlə tapır aramı
səninlə xoşdur həyatın davamı
o, qarə gözlərin huri məqamı
gözəlliyin heyran edir adamı
səni necə şeyrimlə təsvir eliyim
söz acizdi gözəlliynin önündə.
👀
Sevgi dünyasının qəmərisən sən
bu aləmdə məndən ötərisən sən
ömrümün mənası dəyərisən sən
İLAHİ nin bir şah əsərisən sən
gözəlliyini seyr edə bilmir canım
göz acizdi gözəlliynin önündə.
" TƏNHA AŞİQ "
©tenhaasiq