A

Sözlənmiş Şeir

Hər addımında bir həzin yaranmış
Parçalamış ümid dolan ürəyi
Sanki günəş sönmüş hava qaralmış
Ulduzlar düşərkən varmış diləyi
Günahsız mələkmiş yenmiş göylərdən
Bir daha yerdən göyə yüksəlməmiş
Düşməmiş şirin nəğməli dillərdən
Qırılmış qanadlar yenilənməmiş
Dərilmiş gözəl bir çiçəyə dönmüş
Həsrətin çəkmiş oxuyan bülbül
Bir zaman içində solaraq ölmüş
Nə bir çiçək qalmış nə də ki bir gül.
©alican