R

Səslər məni axtarır

Çayın içində boğulan balıqlar var, amma kömək eləmə qoy ölsünlər
Ətləri qızıldan olan insanlar var, soy ölsünlər
Damarlarımda qara maddələr dolaşırdı, fikirlərimdə nələr dolaşırdı
Sənə çatmaq üçün ayaqlarım yox, cümlələr yol aşırdı
Səslər məni axtarırdı həmin gün, mən isə qeyb olmuşdum şöhrətinin içində
Bütün bu gördüyün mərhəmət sadəcə oyundur qədimdən
Səni yazıb filan etmirəm, özünü burada tapmayasan deyə
Səndən sürətli filan deyiləm, sadəcə yolumu dəyişmişəm məni qaranlığa atmayasan deyə
Yerini nələrsə doldura bilməz, mən doldururam sənətlə
Mən şeir bəsləyirəm, məşğul ola bilərsən sən ətlə!
©rvn