A

Səssiz gecə

Bir səssiz gecədə , aydın səmada ,
Ulduzlar parlayır bir günəş kimi ,
Bir göz yaşında , qəm dəryasında,
Ümidlər alışır bir alov kimi.
Bir payız səhəri , soyuq havada ,
Yarpaqlar tökülür bir xəzan kimi.
Bir qəlb yarası , sakit otaqda ,
Çağlayır içimdə bir dəniz kimi.
Bir sevgi hissi , birdə ayrılıq ,
İkisi ayrı - ayrı ölkələr kimi.
Bir ürək ağrısı , birdə nadanlıq ,
İkisi birlikdə bir ölüm kimi.
©azeri_m.i