M

🍂Tabutuna🍂

Zillənib gözlərimiz bir şəhidin tabutuna,
Şanlı bayraq bükülüb bu igidin tabutuna
Yapışıb gözləri yaşla dolaraq səhnəyə bax
Həm ata, həm anası mücahidin tabutuna
Kim ki Allaha görə etsə cihad, batsa qana
Əbədi nur verəcək O, cahidin tabutuna
Çünki ölməzdi şəhidlər bu ki, Allah sözüdü
Verib O, ali məqam ki cavidin tabutuna
Allahın əmridi zalimlə cihad etməyimiz
Əyir hörmətlə bu gün baş əhli-din tabutuna
Tökülən qanı ibadət sayılır bil, şəhidin
Bəlkə, çatmaz əməli bu zahidin, tabutuna
Merac, indi qoyulur tabuta bir vaxtı demə
Baş əyən şəhid Mübariz, Fəridin tabutuna
🍃MERAC🍃
©merac