Tapmışam mən öz yarımı neynirəm özgə, əğyarı
Mənə sənsizlik soyuqsa neylər bu fani qış qarı
Ey dərdlərimin dərmanı, gerçək təbibim hardasan?!
Gəl bu yaralı qəlbimi, öz əllərinlə, yar, sarı
Durma uzaqda könlümə, hicranın ağırdır mənə
Bu həsrətə, bu hicrətə qoyaraq son gəlsən barı
Mən səndən özgə istəməm, dünyanın heç bir varını
Söylə axı mən neynirəm olsa qızıldan da narı?!
Səslər səni Rabil hər an teşnə dodaqçun su kimi
Mən gözlürəm hər gün səni, bir gün göndərər bir Tarı
🍂QəmliAşiq🍂
©qemliaşiq
M