Yadımdadır dün, hazırlaşdığım gün
Tələbə adın qazanmaqdan ötrü
Nə qədər kitablar oxurdum bütün
Rənglənmişdi xeyli sözlərin üstü
Bu yolda getdi illərim, aylarım
Bir şeylər öyrənməyin arzusuyla
Uşaqkən böyüdüm, elmlə ucaldım
Ömrü vurdum başa səhv, doğrusuyla
Nə gözəl xəyalmış, nə gözəl istək
Heç bir an belə peşiman olmadım
İnsan dəyərli işlətdiyi söz tək
Nə olursa, gecdə olsa anladım
Çəkdiyim əziyyət getmədi hədər
Bu yolda çoxlu uğurlar qazandım
Bəzən oxuyarkən qızardı gözlər
Yuxuya qalıb bir səhər oyandım
Müəllim dəstəyi, oxumaq sevgisi
Hardan-haraya gətirib çıxardı
Gözüm önündə görürəm keçmişi
Atam hazırlıq üçün pul yığardı
İmtahan zamanı tez gəlib çatdı
Biraz həyacanlı, çox əndişəliydim
Testdə bitməmişdi neçə saatdı
Hər dəqiqəyə cavab verməliydim
On bir ili necə asan bitirdim
Üç saatlıqmıydı keçən on bir il
Qəbul oldum bir ixtisas seçirdim
Onunda ömrüydü sadəcə dörd il
Əlimə yenidən aldım bir qələm
Başladım yazmağa tələbəlikdən
Çətin xəstəliklə keçdi bu dönəm
Buraya gəldim nə əziyyətlərlə
Birinci kursda necə həvəsliydim
Nə tez bitirdim özümdə bilmədim
Gah imtahandan keçdim gah kəsildim
Bir an belə olsa yenə bezmədim
Müəllim olmaq heç asan gəlməsin
Hər kəs daşıya bilməz bu şərəfi
Müəllim hamıya da deyilməsin
Olsun ləyaqəti, gözəl ədəbi...
Əlavə son bənd
[{Bu Sonuncu kursu da başa vurdum
Yolumuz ayrılır, görüşənədək
Haqqınız varsa halal edin yordum
Arzum, uğurunuz bol olsun gərək.}]
©
©alican
A