T

" TƏNHALIĞ "

Tənhalığ qapımı döyür her gece
mənzilim qəm-kədər əzabla dolu
ziyafət qurmuşam dərdlə sadəcə
sərxoşam piyaləm şərabla dolu.

Xəyanət elə bir ağır yaradı
acısı dözülməz,dərmanı yoxdu
bu səbəb çoxunun üzü qaradı
bu dərddən qurtulma imkanı yoxdu.
Məhəbbət bir böyük dərin dəryadı
bəlalar dalğa tək sahilə gəlir
eşq əhlin qərq edən həmin dəryadı
aşiqlər gözündən hasilə gəlir.
İzahı olmayan varlığdı sevgi
vüsaldı dəmadəm aşiqə cənnət
vəd verdin sadiq,ol verilir çünki
biganəyə cəhənnəm aşiqə cənnət.
Zindandı mənə bu gənclik həyatı
and ola ALLAHA yorulmuşam mən
kimə etibar etdim həmin saatı
gedərkən kürəydən vurulmuşam mən.
TƏNHA AŞİQ nə dost var nədə sevgi
heç kimə etibar edmə həyatda.
dost bildiyin adamı elə yıxır ki
o,düşmənin ağlına gəlməyir hətda.

TƏNHA AŞİQ
©tenhaasiq