T

TƏNHALIQ

Tənhalıq qapımı döyür hər gecə
mənzilim qəm-kədər, əzabla dolu.
ziyafət qurmuşam dərdlə sadəcə
sərxoşam piyaləm şərabla dolu.
Ahhh mənim nakam ilk məhəbbətim
bilmirəm mən səni necə unudum,
canımda qalmayıb gücüm,taqətim
sən söylə sən, səni necə unudum.
kim görür tanımır bu halda məni
gör məni nə hala saldı bu sevgi
inanma bir kimsə sağalda məni
çarəsi o, gözəl gözlərdi çünki.
TƏNHA AŞİQ'əm sənə çox sözüm qalıb
ey sevən qəlbimin zülm mələyi
səninlə silinməz bir izim qalıb
onuda siləcek ölüm mələyi.
TƏNHA AŞİQ.
©tek