Yenə qəmli yazır qələm,
Dəftərimdə qəm görürəm.
Oyandıqca xatirələr,
Hər vərəqdə nəm görürəm .
Duyğularım biraz kövrək,
Hərdən darıxır bu ürək.
Pərdəni tərpədir külək,
Çöldə duman görürəm.
Tənha ömür sürdüyümü,
Dəlilərə döndüyümü,
Hər gün öldüyümü ,
Bircə elə mənmi görürəm .
©zenure
Z