Aparın dəfn edin unundun məni
Başdaşı qoymayın bitirin məni
Yandırın şəkillərimi itirin məni
Tövbə bu dünyaya birdə gəlmərəm
Doğmalar çiynində gedim bu yolu
Olmadım fələkdən xoşbəxt oğrusu
Bu dünyada yaşamayım doğrusu
Tövbə bu dünyaya birdə gəlmərəm
Tikanlar səpdilər təmiz yoluma
Şeytanlar yığıldı sağı soluma
Dönmədim bir dəfə haqqın yoluna
Tövbə bu dünyaya birdə gəlmərəm
Qoymayın məzarıma nə gül nə çiçək
Nə lazım ölüyə bəzəknən düzək
Sağ ikən qədrinmi bilsinlər gərək
Tövbə bu dünyaya birdə gəlmərəm
İnsanı çıxartdı şeytan insanlığından
Keçəndə bax insan məzarlığından
Kim nə apardı gör ,qoca dünyadan
Tövbə bu dünyaya birdə gəlmərəm
Yorulan insan oldu yoranda insan
Haqqlar üzür istədi nahaqqdan
Bax belə şeylərdən hər şey sarıdan
Tövbə bu dünyaya birdə gəlmərəm
Yazsınlar bu şeirimi məzar daşıma
Allahın yazısı! Oda qismət olsa
Olsa , yada ki heç vaxt olmasa
Tövbə bu dünyaya birdə gəlmərən
©sairqemli
S