Ö

Tərifsiz Duyğular

Müəllif Ömür Yazar
Tərifsiz duyğu

Duyğularım ölüb, kəfin, dəfindir,
Nə qazandın min bərəkət, nəfindir,
Mola çağır, tapşırsın Quran mənə
Molla əmi, bu gün sənin kefindir.
Yasxanada qurun, eyib olmasın,
Hər kəs gəlsin, qohum, qonşu qalmasın,
Pulda yığın, hesab- kitab edərsiz
Bərk-bərk tutun əcəl gəlib almasın.
Günəş də söndürsün işıqlarını,
Susdursun dünya öz aşıqlarını,
Əbədi sükutumda süfrə açmayın
Yığışdır çömçəni, qaşıqlarını!
©ömüryazar