Yenə də qapımı döyür bu həsrət
Xoşbətlik yolundan ayrılan kimi
Puç oldu əlimdə nə qədər fürsət
Uzaqdan qəm yolu sayrılan kimi
Zaman anlayışın mən itirmişəm
Sanki həyatımda olmamısan sən
Nə qədər deyirəm mən bitirmişəm
Qəlbimdə bir yerdə solmamısan sən
Mənə çox ağırdı bunları yazmaq
Yenidən ağrını yaşadır mənə
Qəlbdə çox çətinmiş sən demə qazmaq
Həyatda qəbrini qazmaqdan sənə
Qalmışam bu cürnə çətin durumda
Nə silə bilmirəm, nə də ki ata
Elə bil durmuşam bir uçurumda
Nə qala bilmirəm, nə də ki ata
Bir ümid qalmayıb yaşamaq üçün
Belə yaşamağı, Rabil, neynirəm
Bir səbəb tapmıram başlamaq üçün
Bəhanə gətirib hey deyinirəm
🍂QəmliAşiq🍂
©qemliasiq
M