Dünya bir təlaşdır,səbrsiz olma,
Əlbətki qəlbinə yol tapan çıxar.
Uçurum,yoxuşlar əlbət olacaq,
Səninlə o yolu bir nəfər çıxar.
Səni güldürəcək çox insan vardır,
Xoşbəxt edəcəksə bir nəfər olar.
Tırtıla baxıbda sevimsiz demə.
Kəpənək olaraq əlinə qonar.
Rəngarəng dünyaya ağ qara baxma.
Yağışlar dayanar,bəlkə gün çıxar.
Dünyada 4 fəsil qar yağış görür,
Yenədə fırlanır yağsa nə çıxar
Gecələr uzundu,bəlkədə yuxu,
Sabaha daha tez çıxmaq üçün var,
Pis günlər yuxutək gəlib keçəcək.
Ağlamaq sonradan gülmək üçün var.
Bu zaman vəfasız,çox sürətlidi,
Bəlkədə qədrini bilmək üçün var.
Nə bilim,bəlkədə bu pis insanlar.
Yaxşının qədrini bilmək üçün var.
Ayrılıq niyə var axı dünyada?
Gözlər ağlayanda,qəlb ağlayanda,
Birazca sevinib xoşbəxt olanda.
Zaman niyə gedir çox tez dünyada?
Yuxular niyə var hər gecələri?
Gündüzlər niyə var axı dünyada?
ALLAHIN işinə qarışmaq olmaz.
İnsanlar sınaqçün vardır dünyada.
Şeytantək insanlar niyə var axı?
İnsan mələkdəndə üstün dünyada,
Yaxşını yaxşılıq etməyi ilə,
Günahkar bildilər fani dünyada.
©rufet
R