Bitir hislərim..
Sənə qarşı özləmimi unuduram deyəsən
Ətrinə bənzəyən qoxular duyuram havadan
Bir iki damcı yağış düşür göz altlarıma
Elə bilirlər ağlayıram..
Darıxmıram daha əvvəlki günlərdəkitək
Çək dedilər çəkdim acımı taqət qalmadı yaşamım üçün
Yorulmuşam.. gedir gözlərim..
İnsanlar durur qarşımda "gülümsə" deyir
Kimisinə ümid oluram deyə gülürəm hərdən
Saxta gülüşlərim belə anlaşılır,
Dərd dinləyəndə ayılıram ki dərdim danışılır..
O qədər dastan eyləmişdim ki səni
İndi beş hərflik "kaş ki" sözümə sığdırıram
Çox şeyləri demirəm sənə, bilirəm yenə bezdirirsən deyəcəksən
Ama artıq sənə dərd danışmağı belə yaraşdırmıram..
Eyni şeyləri xatırlayıram, eyni günlərə qayıdıram
Nə qədər səhv axtarıram tapa bilmirəm
Çün səni gözlərimdə çox saxlamışam
Üzərinə bir toz dənəsi belə qondura bilmirəm..
Ama artıq keçdim o çağların tilsimindən..
Bir də çox bağlanıb vermə birisinə öz sirrini
Bu yolu yarımçıq başa vura bilmədim
Geriyə dönürəm, qayıtsan da tapa bilməyəcəksən
Bağışlamağa belə gücü qalmayan ikinci birisini..
P.s: Bi kere de kendi dilimde yazmak istedim. Anlamadığınız kelime olursa mesaj olarak yaza bilirsiniz. 😊
D