_

Unutmayaq..

Bu o, bayram deyil ki, yeyib içib şənlənək,
Doydurub körpələri, gərək biz fərəhlənək.
Qoymayaq heç yerdə ac, qala kasıb övladı,
Kim bilir bəlkə onun, yoxdur ailə qanadı.
Biz bunlara çalışıb qazanmalıyıq savab,
Qatmamalıyıq işə, bax hər yerdə bir şərab.
Danmırıqsa bayramı, əməlimiz pak olsun,
Qoy bu gün etdiyimiz, savablar günah yusun.
İmanımız tərtəmiz qurbanları kəsək biz,
Haram olar bizlərə, ac saxlayıb yesək biz.
Saxlayıb yadımızda, heç kimi unutmadan,
Kəsməliyik qurbanı, şeytana əl tutmadan.
Bu o, bayram deyil ki, kəsəsən tək qurbanı,
Əsas kəsib unutma, yetim fəğir insanı.
Allah bütün yaxşı niyyətlə kəsilən qurbanları qəbul etsin🤲
©_huseyn_