R

Ünvanıma

Məktub yazdım ünvanına ,
Son zamanlar
Tez - tez düşürsən yadıma .
Düzü gec gəlmişdin həyatıma ,
Tezsə qanad vermişdin uçan arzularıma .
✉🖊
Məktub yazdım ünvanına ,
Yazmışdım, tez qayıt yanıma .
Gözlədim cavab gəlsin
Ünvanıma.
Dedim bəlkə ,
Qayıdarsan məktubla yanıma .
✉🖊
Kim cavab verəcək ,
Cavabsız məktublarıma ?
Kim yanacaq halıma ,
Kim deyəcək ona ?
Cavab yazsın ünvanıma .
29.03.2012 R.Hova
©revane2412