Əlimə düşəydi belə bir fürsət,
Kaş bir də yenidən uşağ olaydım,
Uşqalıq illərə qayıdıb xəlvət,
O ötən illərə qonağ olaydım,
Axtarıb tapardım həmin uşağı,
Harda olsaydı lap səsləyərdim,
Çöküb dizi üstə başı aşağı,
Öpüb,qucaqlayıb üzr istəyərdim,
Könlünü almağa cəhd eləyəydim,
Kobud əllərimlə tutub əllərin,
O xoşbəxt yanağı öpüb deyəydim,
Gələcək günlərdən yoxdu xəbərin,
Xoşbəxt olmaq üçün can atmışdın sən,
Çəkdin bu həyatın acısını da,
Üzündəki gülüşün yarısını mən,
Bir qız oğurladı yarısını da,
Bir gün gələnlər gedəcəy bir-bir,
Ayrılıq taxtına əyləş indidən,
Ən əziz kəslərin öləcəy bir-bir,
Çalış ayrılığa öyrəş indidən,
Ayrılan vaxtımız bitir deyəsən,
Çalış uşağlığın dadını yaşa,
Üzündə saflıq var gülür, deyəsən,
Mənim nə dediyimi düşməyib başa,
Nə qədər xayalın yarımçıq qaldı,
Kaş bu xəyalları məhv eləməzdim,
Qarşımdakı uşaq özüm olsam da,
Heç özüm özümü əhv eləməzdim.
©e1deniz
E