Bu uşaq nə avamdır başa düşmür dilimi
Deyirəm axşamacan iş sındırıb belimi
Deyir məni qucaqla, buraxımırda əlimi
Rahat oturub biraz girim baxım tiktoka
Vallah bunun əlindən çıxıb getcəm kosmosa
Ancaq boş boş danışır deyir mənə qulaq as
Mənim nəyimə lazım maşa medved ya tomas
Dəli şeytanda deyir ilişdir buna qapaz
Biraz sakit dayansın məndə biraz dincəlim
Səhər iş axşamda bu Allah de mən neyləyim
Deyir ata oynayaq əl çəkməyir yaxamdan
Valideynlə oynamaq dəb oldu nə zamandan?
Mən oynamaq gördümki ay bala öz atamdan?
Arada pərdə saxla böyük kiçik bilginən
Danış deyəndə danış gül deyəndə gülginən
Deyir uşağı döymə inkişafa ziyandır
Gələcəkdə psixi problemlər yaradır
Burda ortaya çıxan çox gözəl bir sualdır
Demək onda biz indi problemli bəndəyik?
Bəlkə ağlımız çatmır bəlkə psixi xəstəyik?
©firdovsi17
F