M

🍃...Üstün olarsan...🍃

Vardırsa sənin əqlü-kamalın demə yoxsan
Bir şərtlə ki, sanma özünü böyləcə çoxsan
Elmidə hər an ac, amma dünyadasa toxsan
Təkcə bu təfəkkürlə inan üstün olarsan
🍂...🍃...🍂
Dünyadakı zalimlərə arxa çevir hər vaxt
Hətta biləsən şahlara qalmır belə tac-taxt
İnsan xeyir işlə özünə yazdı xeyir baxt
Sanma şər olan işlə hər an üstün olarsan...
🍂QəmliAşiq🍂
©qemliaşiq