G

Üsyan

Sən məni tərk edib çıxıb getmisən
Sözünə əməl et, dönməyə dəyməz
O səni tərk edib gedib özgəyə
Özgənin yarıyçün ölməyə dəyməz

Həyatda yaşamağ nədir bilmədim
Bu həyat üzümə gülmədi mənim
Dərd üstə dərd verdi susdum dinmədim
Dərd verən dərdimi bilmədi mənim

Unudarağ Rəbbim məni həyatda
Bir kimsə halimə yanmadı hətta
Gəlməyir o ölüm durub saatda
Son dəfə həyata gülüb gedəsən
Tüpürüb həyata ölüb gedəsən

Dərd verdin dərd üstə sustum dinmədim
Alışdım həsrətdən yandım sönmədim
Həyatda xoşbəxtliy nədir bilmədim
Dərdləri qəlbindən silib gedəsən
Tüpürüb həyata ölüb gedəsən

Həyatım viranə olubsa mənim
Xoşbəxtliy güllərim solubsa mənim
Gözlərim həsrətdən dolubsa mənim
Məzari sən Cənnət bilib gedəsən
Tüpürüb həyata ölüb gedəsən

Bilmirəm günahdı yoxsa imtahan
Dərd verdin sən mənə hər gün anba an
Dünyamı sən necə eylədin viran
Cəhənnəm atəşin bilənlərdənəm
Dünyadə cəhənnəm görənlərdənəm

Qorxuzmaz Quranda ölüm saatın
Nəyimə gərəydir bucür həyatın
Heç kimi üzməz Şair vəfatın
Şəm kimi dünyadən sönüb gedəsən
Tüpürüb dünyayə Ölüb gedəsən

Üsyansa yene ver mənə dərdi qəm
Dərd eyni dərddi fərqli bir aləm
Mənimçün cənnətdir nari cəhənnəm!
Sevinib sən deyib gülüb gedəsən
Tüpürüb həyata ölüb gedəsən.

©genc_shair